GameNote Logo
    Loading...

    Zəmanət şərtləri

    Zəmanət dairəsi: Zəmanət yalnız avadanlığın aparat (hardware) hissəsindəki istehsal qüsurlarına verilir. Proqram təminatına, əməliyyat sisteminə (Windows), virus xətalarına və oyunlardakı performans (FPS) dəyişikliklərinə zəmanət verilmir.                
    Qaytarılma və dəyişdirmə: İstehlakçıların hüquqlarının müdafiəsi haqqında AR Qanununa əsasən, qüsursuz mal yalnız istifadə olunmadığı, əmtəə görünüşü, qutusu və plombları tam qorunub saxlanıldığı halda 14 gün ərzində dəyişdirilə bilər. Proqram təminatı aktivləşdirilmiş cihazlar geri qaytarılmır.                
    Zəmanəti ləğv edən hallar: Cihazda fiziki xəsarət (sınıq, cızıq, çat), maye təması, kənar müdaxilə və ya qeyri-rəsmi təmir izləri aşkar olunduqda zəmanət dərhal ləğv edilir.                
    Elektrik və komponent zədələri: Elektrik şəbəkəsindəki gərginlik sıçrayışları, qeyri-sabit enerji və ya torpaqlanmasız istifadə nəticəsində yanan, eləcə də komponentlər (Mainboard, VGA, CPU, RAM, HDD/SSD) üzərində deformasiya olan elektron elementlər zəmanətə daxil deyil.                
    Sərfiyyat materialları və aksesuarlar: İstismar müddəti məhdud olan batareyalara, adapterlərə, qida bloklarına, noutbuk touchpad-lərinə, klaviatura, siçan və kartriclərə (zavod qüsuru halları istisna olmaqla) zəmanət şamil edilmir.                
    Noutbukların fan (ventilyator), cooler və digər soyutma sisteminin mexaniki komponentləri zəmanətə daxil deyil. Bu komponentlərdə istifadə müddəti və istismar şəraitindən yaranan səs, vibrasiya, tozlanma, mexaniki aşınma və digər nasazlıqlar zəmanət halı hesab edilmir.                
    Printerlər və ekranlar: Printerlər yalnız orijinal kartriclərlə istifadə olunmalıdır (doldurulmuş kartriclərə görə mağaza məsuliyyət daşımır). Monitor və noutbuk ekranlarında ölü piksellərin sayısı istehsalçı və ISO standartları normasından az olduqda bu zavod qüsuru sayılmır.                
    Təmir müddəti və Data təhlükəsizliyi: Zəmanət təmiri 14 gün ərzində icra olunur, ehtiyat hissəsi xaricdən sifariş edildikdə bu müddət müştərinin razılığı ilə 45 iş gününədək uzadıla bilər. Təmir zamanı yaddaşdakı məlumatların (faylların) itirilməsinə görə servis məsuliyyət daşımır (müştəri ehtiyat nüsxə çıxarmalıdır).                
    AI və internet mənbələri: Süni intellekt (AI) və digər internet mənbələrində təqdim olunan məlumatlar zəmanət və servis qərarları üçün hüquqi və ya texniki əsas hesab edilmir. Qərarlar yalnız servis diaqnostikası, istehsalçı qaydaları və qüvvədə olan qanunvericiliyə əsasən qəbul edilir.